Ukrayna polisi tarlada çox sayda rus hərbçisini yaxaladı

media-hightechnic-468x90

Ukraynanın Sumı vilayətində polis Terrorla Mübarizə İdarəsinin nümayəndələri ilə birlikdə 29 rus hərbçisini saxlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Kəndlərdən birinin yaxınlığındakı Romenşçina sakinləri tarlada hərbi geyimli bir qrup şübhəli şəxsi görüblər. Məlumat dərhal polisə çatdırılıb. Saxlanılan şəxslər sərhədə getdiklərini xəritədə izah ediblər. Hazırda onlar aidiyyəti qurumlara təhvil verilib”, – deyə məlumatda bildirilir.

Rusiya qoşunları müharibənin ilk günündən Sumı vilayətində yaşayış məntəqələrini aktiv şəkildə atəşə tutur və bombardman edir. Martın 8-10-da Poltavaya humanitar dəhlizlər təşkil edilib, 60 min insan Sumı vilayətindən deportasiya edilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600