Ukrayna qüvvələri Rusiyanın yanacaq qatarını məhv etdi

media-hightechnic-468x90

Ukrayna Silahlı Qüvvələri Rusiya tərəfindən işğal olunmuş Zaparoje vilayətinin ərazisində yanacaq daşıyan qatarı məhv edib.

Yenicag.az xəbər verir ki, Rusiyanın yanacaq dolu çənlər daşıyan yük qatarına havadan zərbələr endirilib.

Bu barədə məlumatı və görüntüləri İşğalın Öyrənilməsi Mərkəzinin rəhbəri Pyotr Andryuşenko paylaşıb.

“İşğal olunmuş Zaporojye vasitəsilə Rusiya ilə dəmir yolu əlaqəsi artıq mövcud deyil. Söz verdiyim kimi – dolu çənlər daşıyan yük qatarının məhv edilməsinin görüntülərini paylaşıram. Heç nə salamat salmayıb. Kim soruşurdu ki, ruslar niyə gecələr yanacaq daşıyır, həm də maşınlarla? Bax, məhz buna görə. Bu cür itkilərdən qaçmaq üçün”, – deyə paylaşdığı görüntüləri Pyotr Andryuşenko belə şərh edib./apa

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa