"Ukrayna sadəcə bəhanədir": Kremlin Qərblə böyük qarşıdurmasının PƏRDƏARXASI

media-hightechnic-468x90

“Rusiya üçün müharibə təkcə Ukrayna ilə bağlı deyil, Qərblə daha geniş strateji qarşıdurmanın bir hissəsidir.”

media-banner_tkm

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib.

media-zuriye

Politoloq Ukrayna prezidentinin bu gün jurnalistlərə verdiyi müsahibəsində “Rusiya siyasi iradə nümayiş etdirəcəyi təqdirdə, müharibə bu ilin yayına qədər başa çata bilər” açıqlamasına toxunub:

“Müharibənin bitməsi üçün Rusiya ilk növbədə maksimalist siyasi hədəflərdən imtina edən real siyasi iradə ortaya qoymalıdır. Bu, Ukraynanın suverenliyi və ərazi bütövlüyünü faktiki olaraq tanımaq, hərbi güc yolu ilə siyasi nəticə əldə etmə cəhdlərini dayandırmaq və danışıqları vaxt udmaq mexanizmi kimi yox, konkret öhdəliklər əsasında aparmaq deməkdir. Bundan əlavə, Moskva beynəlxalq hüquq çərçivəsində təhlükəsizlik təminatları, atəşkəs mexanizmləri və monitorinq mexanizmlərinə razılıq verməlidir ki, bu da ritorikadan çıxıb praktik qərarlara keçidi tələb edir.”

Z. Qarayeva qeyd edib ki, əslində Rusiya müharibəni Ukrayna ilə deyil, bütün Qərb ölkələri ilə aparır:

“Bu cür siyasi iradə nəzəri baxımdan mümkün variantlardan biri hesab oluna bilər, lakin hazırkı geosiyasi reallıqda onun qısa müddətdə reallaşması çətin görünür. Çünki Rusiya üçün müharibə təkcə Ukrayna ilə bağlı deyil, Qərblə daha geniş strateji qarşıdurmanın bir hissəsidir. Buna görə də Moskva ciddi güzəştləri yalnız hərbi, iqtisadi və diplomatik təzyiqin xərci əldə edilən nəticədən daha ağır olduqda gündəmə gətirə bilər. Yəni müharibənin bitməsi Rusiya üçün mümkünsüz deyil, amma bu, mövcud siyasi kursun köklü şəkildə dəyişməsini tələb edən ən çətin ssenarilərdən biridir.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05