!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna savaşını arxa plana keçirən Yaxın Şərq BÖHRANI: “Rusiya ordusuna müqavimət zəifləməsə...”

!Reklam – Yazi

“Əgər İsrail quru əməliyyatlarına başlasa, digər ölkələrin də müharibəyə qoşulmaq ehtimalı artacaq”.

Bu fikirləri İsrail Fələstin qarşıdurması fonunda Rusiyanın Ukraynaya təcavüzünün arxa plana keçmə ehtimalını dəyərləndirən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.

Tərlan Eyvazovun sözlərinə görə, Yaxın Şərqdə münaqişənin yenidən alovlanması Rusiyanı məmnun edir:

“HƏMAS-ın məlum hücumlarında Rusiyanın birbaşa əlinin olduğunu deməzdim. Bunu sübut edə bilmərik. Hər halda, Rusiya HƏMAS-ın bu hücumunda məmnun görünür. Çünki ora elə bir bölgədir ki, bütün dünyanın diqqəti ora yönəlib.

ABŞ Konqresində demokratlar Ukraynaya yardımla bağlı birmənalı düşünməsələr də, İsrailə yardım göndərilməsində daha qəti şəkildə davranacaqlar. Əgər ABŞ tam gücü ilə İsrailə yardım edəcəksə, o zaman Ukrayna müharibəsi ikinci plana keçəcək. Rusiya isə bu məqamdan yararlana bilər.

Yaxın Şərqdə prosesin uzanmasında Rusiyanın maraqlı olması təbiidir. Ancaq orada baş verən hərbi qarşıdurmanın uzanacağı gözlənilmir. ABŞ bunda maraqlı deyil. Əgər İsrail quru əməliyyatlarına başlasa, digər ölkələrin də müharibəyə qoşulmaq ehtimalı artacaq. İsrail özü də çalışacaq ki, İran və digər dövlətlər savaşa qoşulmasın.

Davam edən toqquşmada insan tələfatı artacaqsa, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələr İsrailə qarşı yeni cəbhə aça bilər. Belə olacağı təqdirdə, Rusiya vəziyyətdən öz xeyrinə yararlanmaq istəyəcək.

Ancaq görünən budur ki, Rusiya Ukraynada əks-hücum əməliyyatları keçirsə də, ciddi irəliləyişə nail ola bilmir. Ukrayna ordusu hələ ki bu təzyiqə davam gətirir. O baxımdan, Ukrayna bundan sonra da müqaviməti azaltmasa və böyük ərazi itkisinə yol verməsə, Qərb Ukraynaya yenidən yardım etmək məcburiyyətində qalacaq”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

617
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv