Ukrayna sərhədlərini bağladı

media-hightechnic-468x90

ssssUkrayna hökuməti ölkənin dövlət sərhədi vasitəsilə buraxılış məntəqələrinin müvəqqəti bağlanması haqqında qərar qəbul edib.

“Xarici İşlər Nazirliyinə Ukraynada olan xarici dövlətlərin diplomatik missiyalarına, həmçinin Ukraynanın diplomatik missiya və konsullarına ölkənin nəzarət-keçid məntəqələrinin müvəqqəti bağlanması haqqında məlumatların çatdırılması ilə bağlı tapşırıqlar verilib”, -deyə Nazirlər Kabinetinin məlumatında bildirilir.

Qeyd edək ki, daha əvvəl Ukraynada hakimiyyətin dəyişməsi və Krımın Rusiyaya birləşdirilməsindən sonra rus kişilərin ölkəyə girişini məhdudlaşdırıb.

Son günlər Ukrayna hərbçiləri federallaşma tərəfdarlarının yatırılması ilə bağlı ölkənin cənub-şərqində genişmiqyaslı əməliyyatlar keçirir(teleqraf.com).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600