Ukrayna üçün YOLUN SONU? - "ABŞ-ni müəyyən qədər sıxmaq şərti ilə..."

media-hightechnic-468x90

“Trampın Ukraynaya qarşı hazırkı mövqeyi Qərb alyansının əlini daha da gücləndirəcək”.

Bunu Rusiya-Ukrayna müharibəsi fonunda Avropa ölkələrinin mövcud mövqeyi barədə fikirlərini bölüşən politoloq Məhəmməd Əsədullazadə Yenicag.az-a açıqlamasında bildirib.

Politoloq düşünür ki, Ukraynanın dəstəyi azalmayacaq:

“NATO daha çox dəstək göstərəcək. Yeni Zelandiya da dəstək verir. Avropa ölkələri, o cümlədən Böyük Britaniya, Fransa, Almaniya qətiyyətlidir və prinsipial olaraq ciddi şəkildə Ukraynaya silah yardımına davam edəcək. Almaniya təkbaşına 10 milyarddan artıq silah tədarükü həyata keçirəcək. Britaniya, NATO, hətta Aİ-də 2026-2027-ci il üçün 90 milyard aavro vəsait ayıracaq. Bu onu göstərir ki, Qərb alyansı ABŞ-ni müəyyən qədər sıxmaq şərti ilə Rusiyanın geri çəkilməyə vadar edəcək.

Avropa ölkələri bundan sonrakı dövrdə daha qətiyyətli olacaq. Ona görə ki Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü bir növ Avropanın təhlükəsizliyini təhdid edir. Bu müstəvidə həmin ölkələr Ukraynanı həm hərbi, həm də iqtisadi cəhətdən daha çox dəstəkləyəcək. Bu o deməkdir ki, bu müharibə fonunda geopolitik qarşıdurmada Qərb alyansı daha güclənir və ətrafına daha çox tərəfdaş toplayır”.

Nurlan Cəfəri

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa