Ukrayna xalqı Arestoviçi qəbul etməyəcək - POLİTOLOQ

media-hightechnic-468x90

“Belə yanaşma ilə hakimiyyətə gəlmək Ukrayna xalqı tərəfindən qəbul edilməyəcək”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq İlyas Hüseynov Ukrayna prezidenti aparatının keçmiş müşaviri Aleksiy Arestoviçin Ukrayna dövlətinin başçısı olacağı təqdirdə dörd bölgədən və Krımdan imtina edəcəyi, eyni zamanda Putinlə həlak olanlar üçün “birgə dua mərasimi” keçirəcəyi barədə sözlərini şərh edərkən deyib.

Politoloq bildirib ki, Aleksey Arestoviç çox maraqlı çıxışları və qeyri-adi yanaşmaları ilə diqqət çəkir. Onun sözləri də hakimiyyətə gəlmək üçün çıxış kimi qiymətləndirilir:

“Rusiya–Ukrayna müharibəsini hazırda nizama salmaq çox çətindir. Ukrayna prezidenti Volodimir Zelenski mövqeyindən geri çəkilmir. Ərazi və suverenlik uğrunda mübarizəni davam etdirir və vəziyyəti dəyişdirmək üçün cəhdlərə əl atır.

Ərazilərin itkisi ilə barışmaq və döyüşdə həlak olanların anılması üçün birgə dua etmək Ukrayna xalqının verdiyi qurbanlardan sonra qəbulolunmazdır. Bəli, döyüşdə məğlub olmaq da, qalib gəlmək də, əraziləri itirmək və ya geri qaytarmaq da mümkündür.

Müəyyən geosiyasi vəziyyətin dəyişməsi ümidi ilə itirilənləri geri qaytarmaq üçün mübarizə aparmaq reallıqdır. Lakin, belə yanaşma ilə hakimiyyətə gəlmək Ukrayna xalqı tərəfindən qəbul edilməyəcək. Xalqın böyük əksəriyyəti döyüşün davam etdirilməsini və itirilmiş ərazilərin geri qaytarılmasını dəstəkləyir”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa