!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynada dəhşət - Yanğın Çernobıl AES-ə çatır - VİDEO

!Reklam – Yazi

Aprelin 4-ü Ukraynanın Çernobıl bölgəsində başlayan meşə yanğını gərgin iş aparılmasına baxmayaraq hələ də söndürülməyib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, yanğın dünyada ən böyük ekoloji fəlakətə səbəb olan partlayışın baş verdiyi Çernobıl Nüvə Elektrik Stansiyasının yerləşdiyi yerə yaxınlaşıb.

Ukraynanın Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğın 12 kəndi, qəbiristanlıqları və meşəlik əraziləri əhatə edib.

Nazirlik yanğının baş verməsində 3 əsas ehtimalın olduğunu bildirib.

Məlumata görə, birincisi Jitomir əyalətindəki meşəlik ərazilərdən yanğının bu əraziyə keçməsi, ikincisi bölgədəki elektrik xətlərindən quru otlara qığılcımların sıçraması və üçüncüsü isə qəsdən yandırılma ehtimalıdır.

Yanğın səbəbilə radiasiya səviyyəsinin də artdığı və normaldan 14 qat artıq olduğu qeyd edilib.

Kiyevdə isə radiasiya səviyyəsinin normal olduğu bildirilib.

Mütəxəssislər yanğına görə təsiri 34 ildir davam edən radiasiya təhlükəsinin artdığını da vurğulayıb.

www.yenicag.az

2162
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv