Ukraynada həlak olan uşaqların sayı açıqlandı

media-hightechnic-468x90

Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü nəticəsində indiyədək 241 uşaq ölüb, 438 uşaq güllə və qəlpə yarası alıb.

Yenicag.az xəbər verir ki, məlumatı Ukraynanın Baş Prokurorluğu yayıb.

Uşaqlar daha çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Sumı, Jitomir şəhərlərində xəsarət alıb.

Məlumata görə, Rusiyanın bombardmanları nəticəsində şəhər və kəndlərdə 1 887 təhsil müəssisəsinə ziyan dəyib, 180-ni isə tamamilə dağıdılıb.

Prokurorluqdan qeyd olunub ki, bu rəqəmlər son göstərici deyil, müvəqqəti işğal altında olan və azad edilən Ukrayna ərazilərində uşaqlarla bağlı informasiyaların toplanması davam edir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600