“Ukraynada müharibənin tezliklə başa çatacağına dair proqnozlarla spekulyasiya etmək istəmirəm” – ABŞ səfiri

media-hightechnic-468x90

“Ukraynanın özünü müdafiə etməsinə yönəlik uzunmüddətli yardımlarımız növbəti illərdə də qüvvədə olacaq”.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu fikirləri Ukraynada müharibənin 2023-cü ildə yekunlaşmaq ehtimalını dəyərləndirən ABŞ-nin Kiyevdəki səfiri Bricit Brink deyib.

Onun sözlərinə görə, Ukraynada müharibənin tezliklə başa çatacağını gözləmək doğru olmazdı:

“Mən 25 illik təcrübəyə malik diplomat olaraq gələcəyə dair proqnozlarla spekulyasiya etməməyi öyrənmişəm. Ancaq mən hesab etmirəm ki, bu müharibə tezliklə bitəcək.

ABŞ-nin Ukraynaya yardımları davam edəcək. Ukraynanın özünü müdafiə etməsinə yönəlik uzunmüddətli yardımlarımız növbəti illərdə də qüvvədə olacaq”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600