!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynada növbəti prezident seçkiləri necə OLACAQ? – Rusiyalı POLİTOLOQ

!Reklam – Yazi

“Seçki keçirilmədən yenidən prezident ola biləcəyinə baxmayaraq Zelenski seçkilərin keçirilməsinə o qədər də etiraz etmir”.

Yenicag.az xəbər verir ki, bunu Ukraynada gələn il prezident seçkilərinin necə keçirəcəyi ilə bağlı fikirlərini səsləndirən politoloq Sergey Markov deyib.

O, bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski ideal olaraq, əlbəttə seçkiləri ləğv etmək istərdi:

“Hər şey yalnız Rusiyanın hərbi əməliyyatlarından sonra baş verə bilər. Lakin Qərb kuratorları Ukraynanın demokratik legitim hökumət olduğunu sübut edə bilmələri üçün Kiyev rejiminə pul ayırmağı təklif edirlər.

Zelenskinin seçkilər üçün 5 milyard dollar istəməsinə gəlincə, bu vəsaitin ona ayrılacağına inanır. Bu səbəbdən Zelenski seçkilər keçirəcək. Seçki keçirilmədən yenidən prezident ola biləcəyinə baxmayaraq, Zelenski seçkilərin keçirilməsinə o qədər də etiraz etmir. Əlavə olaraq seçkilərə müxtəlif ölkələrdən olan deputatlar da qatıla bilər”.

Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski hərbi əməliyyatlar zamanı ölkənin seçkilər üçün pulunun olmadığını, ancaq Qərbin 5 milyard dollar verəcəyi təqdirdə seçkilərin keçirilməsinə icazə verəcəyini bəyan etmişdi.

Nəsimi Ələsgərli

www.yenicag.az

326
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv