Ukraynada qadınların ölkəni tərk etmək qadağası ləğv edilir

media-hightechnic-468x90

Ukrayna Nazirlər Kabineti istisnasız olaraq bütün qadınlar üçün ölkəni tərk etməklə bağlı məhdudiyyətləri ləğv etmək qərarına gəlib.

media-banner_tkm

Yenicag.azxəbər verir ki, bu barədə Baş nazir Yuliya Sviridenko açıqlama verib.

“Hökumət hökumətdə, yerli özünüidarəetmədə, dövlət müəssisələrində və məhkəmələrdə vəzifələrindən asılı olmayaraq bütün qadınlar üçün sərhəd keçid məntəqələrindəki məhdudiyyətləri ləğv edir”, – o bildirib.

Qeyd edək ki, bəzi ukraynalı qadınların ölkəni tərk etməsi qadağan edilib. Məhdudiyyətlər xüsusilə Nazirlər Kabinetinin üzvləri, mərkəzi dövlət qurumlarının rəhbərləri və onların müavinləri də daxil olmaqla, yüksək vəzifəli dövlət vəzifələri tutan qadınlara şamil edilib. Parlament üzvləri, hakimlər, hüquq-mühafizə orqanlarının əməkdaşları və dövlət müəssisələrinin rəhbərlərinə də bu məhdudiyyətlər şamil olunub./Apa/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05