“Ukraynada rusiyalı hərbçilər yoxdur”

media-hightechnic-468x90

67166“Ukraynada rusiyalı hərbçilər yoxdur”

Bbunu Rusiyanın xarici işlər naziri Serqey Lavrov Çində Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri ilə görüşündə bəyan edib. Lavrov bunu Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəsmisi Andrey Lısenkonun Ukraynanın İzvarino rayonu ərazisinə Rusiyaya məxsus hərbi texnikanın yerləşdirilməsi barədə bəyanatına cavab olaraq bildirib. “Hətta ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Cen Psaki Dövlət Departamentinin də belə bir məlumata malik olmadığını bildirib” – deyə, Serqey Lavrov vurğulayıb.

Jurnalistlərin “Rusiya Ukraynanın cənub-şərqində atəşkəs elan edilməsi barədə razılaşmaya hörmət edirmi?” sualına cavabında isə Lavrov bildirib ki, bu məsələni birbaşa münaqişə tərəfləri həll etməlidir. “Razılaşma üsyançılarla Ukrayna hökuməti arasında imzalanıb, bu prosesi onlar da tamamlamalıdırlar”. (anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600