Ukraynadan növbəti ƏKS-HÜCUM – Kiyevdən Moskvanı şoka salacaq İLGİNC PLAN

media-hightechnic-468x90

“Ukraynanın böyük ərazini işğaldan azad edəcəyi inandırıcı görünmür”.

Bu sözləri Ukrayna ordusunun Donetsk istiqamətində əks-hücum əməliyyatları həyata keçirməsi və bunun hansı nəticələr verəcəyini Yenicag.az-a şərh edən hərbi ekspert Rövşən Məhərrəmov deyib.

media-rovsenmeherremov

O, bildirib ki, Ukrayna ordusu müəyyən qədər uğurlar əldə edə bilər:

“Ukraynanın çox ciddi irəliləmə edəcəyi gözlənilmir. Çünki ruslar Donetsk istiqamətində çox ciddi mühəndis istehkam işləri görüblər. Ukraynanın hücumuna baxdıqda, görürük ki, bu kompleks hücum deyil. Ukrayna ordusunun hansısa bölmələri əks-hücum həyata keçirir. Ruslar başqa istiqamətdən öz qüvvələrini Ukraynanın əks-hücumda olan qüvvəsinin qarşısına ata bilər”.

“Kompleks hücum olsa, hər istiqamətdən bunu müşahidə etmək olardı. Əgər bu baş versəydi, hansısa uğura imza atmaq olardı. Ukrayna dronlarla və ballistik raketlərlə Rusiyanın dərinliyinə, logistka yollarına zərbələr endirir. Buna görə də rusların hücumunda zəifləmə var. Bu, müvəqqəti olan bir məsələdir və Rusiyanın kifayət qədər qüvvəsi var. Ukraynanın böyük ərazini işğaldan azad edəcəyi inandırıcı görünmür, ancaq kiçik uğurlar olacaq”, – deyə o, fikirlərini tamamlayıb.

Səxavət Məmməd

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa