Ukraynalı jurnalistlərə etiraz edildi

media-hightechnic-468x90

52057Ukraynanın “1+1” televiziya kanalının jurnalistləri Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa səfər etməsi və Azərbaycanın əleyhinə veriliş hazırlaması ilə əlaqədar Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu kanal rəhbərliyinə rəsmi olaraq öz etirazını bildirib.

media-banner_tkm

Diasporla İş üzrə Dövlət Komitəsinin  məlumatına görə, təşkilatın sədri Hikmət Cavadovun imzaladığı etiraz məktubunda jurnalistlərin Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında qurulmuş, heç bir dövlətin, o cümlədən Ukraynanın tanımadığı qondarma respublikaya səfəri pislənilir, Azərbaycana qarşı yönəlmiş, cəfəng iddialarla dolu proqramın hazırlanmasının qəbuledilməz olduğunu vurğulanır.

Xatırladaq ki, Ukraynanın “1+1” telekanalının jurnalistləri “15 respublik” verilişinin növbəti buraxılışını hazırlamaq üçün 2014-cü il noyabrın 23-də Xankəndində olublar. Azərbaycan və Ermənistan Respublikalarının hazırkı vəziyyətindən bəhs edən verilişin Xankəndində aparılmış çəkilişlərində Azərbaycana qarşı fikirlər – guya azərbaycanlıların erməniləri amansızcasına öldürməsi, Qarabağdakı erməni kilsələrinin guya azərbaycanlılar tərəfindən dağıdılması kimi cəfəng iddialar səslənib.  (anspress.com)

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05