Ukraynalılar etiraz aksiyası keçirir

media-hightechnic-468x90

Rovno vilayətində ukraynalılar Belarusla sərhəddəki keçid məntəqələrinə etiraz aksiyalarına başlayıblar.

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Artem Dmitruk məlumat yayıb.

“Sərhəddə Ukrayna Prezidenti Volodimir Zelenskinin artıq bir neçə ildir ki, Ukrayna xalqını qorxutduğu Belarus ordusunun hərbçiləri yoxdur”, – deyə siyasətçi bildirib.

Dmitrukun sözlərinə görə, Belarusla sərhəddə yerləşən Staroe Selo kəndinin sakinləri nəzarət-buraxılış məntəqələrinə etiraz olaraq çıxıb və hasarlar çəkiblər. Bir neçə yüz ukraynalı kəndin ətrafında qazılmış arxların doldurulmasını və ətrafa çəkilmiş tikanlı məftillərin götürülməsini tələb edib.

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa