Ukraynanın ayrı saldığı Avropa və ABŞ: "Qərb ölkələrinin əksəriyyəti müharibənin dayandırılmasını istəmir"

media-hightechnic-468x90

“Ukrayna-Rusiya müharibəsinin dayandırılmasına Avropa imkan verməyəcək”.

Bunu Rusiyanın Ukraynaya hərbi təcavüzünün sonlandırılması üçün ABŞ tərəfindən irəli sürülmüş sülh planı barədə fikirlərini bölüşən politoloq Samir Hümbətov Yenicag.az-a açıqlamasında bildirib. media-samir_humbetov

Politoloq Rusiyanın öhdəliklərinə əməl etmədiyini tarixi faktlarla sadalayıb:

“Müharibəni dayandırmaq üçün dəfələrlə cəhd olunub, amma bu hələ də real görsənmir. Müharibənin hazırkı vəziyyətdə dayandırılmağı o deməkdir ki, artıq Ukrayna həmin itkilərlə barışacaq. Təsəvvür edin ki, şərtlərdə Xerson və Zaporojyenin 5-10 il sonraya qədər qaytarılıb qaytarılmayacağı ilə bağlı maddə var. Digər şərtdə qeyd edilib ki, Ukrayna 600  minlik qoşun saxlaya bilər. Ukraynanın NATO-ya daxil olmayacağı da şərtlərə əlavə edilib. Həmçinin Rusiya və Ukrayna gələcəkdə bir-birinə hücum etməyəcək. Bu şərtləri Ukrayna üçün əzici şərtlər halına gətiriblər. Son şərt isə heç inandırıcı deyil. 1994-cü il 5 dekabr Budapeşt memorandumunda Rusiya nüvə silahı başlıqlarının Ukraynadan Rusiyaya qaytarılması müqabilində onlara təhlükəsizlik zəmanəti vermişdi, amma bunu pozdu və ərazilərini işğal etdi. Bunu özləri də çox yaxşı bilirlər”.

S. Hümbətov qeyd edib ki, Ukrayna istəsə belə, Avropa İttifaqı müharibənin bitməsinə imkan verməyəcək:

“İkinci bir tərəfdən Qərb ölkələrinin əksəriyyəti müharibənin dayandırılmasını istəmir. Başa düşürlər ki, Tramp hazırda var və 3 ildən sonra gedəcək, amma Avropa yerində qalır. Onlar Rusiyanın güclənməsini özlərinə qarşı təhdid hesab edirlər. Faktiki olaraq, o ərazilərin Rusiyada qalması açıq şəkildə Rusiyanı gücləndirməyə xidmət edir. Ona görə də mən inanmıram ki, Ukrayna dayanar. Ukrayna müharibəni dayandırsa, o ərazilər əldən gedəcək. Hesab edirəm ki, Avropa da buna razı olmayacaq. Rusiya da daha geniş əraziləri tutmaq istəyir. Görünür, müharibə hələ davam edəcək. Belə bir ABŞ-nin bütün basqılarına rəğmən, vəziyyətdə müharibənin dayanması real görsənmir.”

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa