!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynanın energetika infrastrukturu kimin istəyi ilə bombalanır? – İTTİHAM

!Reklam – Yazi

Rusiya tərfindən Ukraynanın energetika infrastrukturuna raket zərbələri endirilməsinin təşəbbüskarı aşkarlanıb.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, Ukrayna Milli Təhlükəsizlik Şurasının (UMTŞ) katibi Aleksey Danilov özünün “Twitter” hesabında bu barədə yazıb.

Onun yazdığına görə, bu hücumların “əsas ideoloq”u Rusiya Prezidenti Vladimir Putinin yaxın çevrəsinə daxil olan şəxsdir:

“Ukraynanın enerji infrastrukturunun məhv edilməsinin əsas ideoloqu və təşəbbüskarı Rusiya Prezident Administrasiyası sədrinin müavini Sergey Kirienkodur.

O vaxtilə “Rosatom”da işləyib və energetika sferasına yaxından bələddir.

Ukraynaya qarşı cinayətlərdə bizim müəyyənləşdirdiyimiz adlar çoxdur. Biz Rusiyada kimin və hansı əməlinə görə cavab verəcəyini adbaad bilirik”.

www.yenicag.az

419
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv