Ukraynanın nə qədər borcu var?

Ukraynanın dövlət borcunun həcmi 2021-ci ildən bəri təxminən 2 dəfə artıb.

Yenicag.az TASS-a istinadən xəbər verir ki, bu ilin may ayının sonunda ölkənin borcu ümumi daxili məhsulun (ÜDM) 94%-ni və ya 143 milyard dollar təşkil edib.

Bunun 40,4 milyard dolları daxili borc, 102 milyard dollardan çoxu isə xarici borcdur.

Kiyevin əsas kreditoru isə Avropa İttifaqıdır (Aİ). Ukraynanın Aİ-yə borcu 37,88 milyard dollardır.

 

COP29