!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynanın XİN başçısı NATO-ya TƏCİLİ çağırış etdi

!Reklam – Yazi

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba rəsmi Kiyevin tərəfdaşlarını Ukraynanın hava məkanını bağlamağa çağırıb.

Yenicag.az xəbər verir ki, nazir çağırışını Ukrayna televiziyalarından birinə müsahibəsində səsləndirib.

“Biz NATO-dakı tərəfdaşlarımıza çox aydın və sakit şəkildə deyirik ki, siz Rusiya ilə birbaşa qarşıdurmadan necə qaçınacağınızı istədiyiniz qədər fikirləşə bilərsiniz, amma indi onu dayandırmağa yardım etməsəniz, birbaşa toqquşma qaçılmaz olacaq, çünki siz növbəti olacaqsınız”, – D.Kuleba bildirib

Onun sözlərinə görə, Rusiyanın NATO ölkələrinə hücum etməyə cəsarət etməyəcəyinə inananlar xatırlamalıdırlar ki, onlar da Kremlin Ukrayna ilə birbaşa müharibəyə başlamaq planlarına inanmırdılar:

“Və hamı yanıldı. Ona görə də biz dərhal hərəkətə keçməliyik”.

O vurğulayıb ki, Ukrayna üzərində səmanın bağlanması mövzusu son dərəcə aktualdır və müxtəlif ssenarilər mövcuddur. Məsələn, bütün hava məkanını deyil, bir hissəsini bağlamaq olar, səmanı bağlaya bilməzsiniz, ancaq Ukrayna Silahlı Qüvvələrinin döyüş təyyarələri və zenit müdafiə sistemlərinin təchizatını təmin edə bilərsiniz.

“Hazırda bütün ssenarilər üzərində iş gedir. Amma hamı başa düşməlidir və biz bunu tərəfdaşlarımıza açıq şəkildə deyirik: “Etdiyiniz hər şeyə görə sizə minnətdarıq… Amma indi konkret təhlükə var ki, vətəndaşlarımız havadan öldürməyə davam edəcəklər… Ona görə də Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün radikal addımlar atmasanız, o zaman ölən vətəndaşlarımızın qanı sizin də əlinizdə olacaq. Sizin təmkinliliyiniz və növbəti addımları atmaq istəməməyiniz – bütün bunlar Rusiyaya cəzasız adam öldürməyə davam etmək imkanı verir”, – XİN rəhbəri vurğulayıb./Report/

COP29

www.yenicag.az

447
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv