“Tramp Ukraynaya ilk dəfə dəstək göndərən liderdir. “Javelin”lər ilk dəfə onun dövründə verilib. Tramp Rusiyanın işğal etdiyi heç bir ərazini Rusiya ərazisi kimi tanımadı”.
Yenicag.az xəbər verir ki, bu barədə Respublikaçı senator Lindsi Qraham deyib.
Onun sözlərinə görə, Tramp Monteneqro (Çernoqoriya – red.) və Şimali Makedoniyanın NATO-ya üzvlüyünü təsdiqləyib.
“Tramp Finlandiya və İsveçlə təhlükəsizlik siyasətinin əsasını qoydu, Arktika və Antarktida ya qayıdışı elan etdi. Kosovo və Serbiyanın Avroatlantik inteqrasiyası barədə anlaşmasına nail oldu. Tramp bunları yenidən davam etdirəcək və Ukraynanı tək qoymayacaq, lakin bunun üçün Ukrayna da verilən dəstəklə bağlı etimadı doğrultmalıdır”, – deyə o bildirib.
Rafi Müslümov
www.yenicag.az