!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Uludağ İqtisadiyyat Sammiti

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi Türkiyənin Uludağ Qış Turizm Kompleksində Uludağ İqtisadiyyat Sammiti keçirilir.

Sammitin plenar iclaslarından biri “İpək Yolu canlanır: Çin-Türkiyə iqtisadi əlaqələrinin gələcəyi” mövzusuna həsr olunub. Bu iclasda edilən çıxışlar qədim İpək Yolunun tarixi əhəmiyyəti və müasir iqtisadi inkişafa təsir imkanlarını əhatə edib. Natiqlər bildiriblər ki, Avropa, Qafqaz və Asiya arasında körpü rolunu oynayan bu nəqliyyat dəhlizi tarixin bütün dövrlərində əhəmiyyətini saxlayıb. Diqqətə çatdırılıb ki, çoxşaxəli inkişaf, sərmayə qoyuluşu, yerli istehsalın artımı İpək Yolu nəqliyyat dəhlizinə olan ehtiyacı sürətlə artırır. Qeyd olunub ki, yaxın gələcəkdə bu dəhlizdə daşınmalara olan ehtiyacı təmin etmək üçün yeni-yeni nəqliyyat layihələrinin həyata keçirilməsi zərurəti yaranacaq.

(AzerTac.az)

www.yenicag.az

423
Ads
www.veteninfo.com
!Reklam – Arxiv