Ülvi Mehdiyevin əmisi vəzifədən azad edildi
Şuşa Humanitar Kollecinin direktoru Rasim Mehdiyev vəzifəsindən azad edilib.
Yenicag.az Teleqraf-a istinadla xəbər verir ki, iyulun 21-də onun əmək müqaviləsinə xitam verilib.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən faktı Teleqraf-a təsdiqləyiblər.
Qeyd edək ki, Rasim Mehdiyev Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin əmisidir.