Tanınmış aktrisa: “Müsbət rolu oynamaq çox asandır, nəinki...”

media-hightechnic-468x90

“Mənə elə gəlir ki, mənfi rolla yadda qalmaq daha asandır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış aktrisa Zümrüd Qasımova deyib.

Aktrisa tamaşaçıların mənfi və müsbət rollara olan münasibətindən danışıb. O, hesab edir ki, müsbət rolu oynamaq mənfini anlandırmaqdan daha asandır:

“Mənə elə gəlir ki, müsbət rolu oynamaq çox asandır, nəinki mənfi. Mənfi rolu oynayanda daha çox yaddaşda qalırsan, daha çox gündəmdə olursan. Təcrübə də bunu göstərir ki, hansısa filmdə və serialda olan mənfi rol daha çox yadda qalır. Hətta bəzən tamaşaçılar mənfi obrazı sevirlər. Bəlkə insanların içərisindəki mənfilik daha çoxdur, buna görə bilmirəm. Amma doğrudan da mənfi obrazlara daha çox rəğbət bəsləyirlər. Mənə elə gəlir mənfi rolla yadda qalmaq daha asandır. Təəssüflər olsun ki, indiyə qədər heç bir tamaşada mənfi rolda oynamamışam. Amma mənfi rolda oynamaq mənə çox maraqlıdır və oynamaq istərdim”.

Cəvahir

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600