Vaşinqtondan Bakıya SİYASİ SİQNAL: Trampın paylaşımı nələri dəyişə BİLƏR? – VİDEO
“Trampın Prezident İlham Əliyevin çıxışını paylaşması etimadı möhkəmləndirən amildir”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
O, ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevin çıxışını öz sosial şəbəkə hesabında paylaşmasına münasibət bildirib.
Politoloq deyib ki, bu addım ABŞ və Azərbaycan arasında münasibətlərdə yüksək dinamikanın göstəricisidir.
“Azərbaycan və ABŞ-nin bir sıra dəyərləri vardır ki, onlar tərəfləri daha da möhkəmləndirəcək. Bakı ilə Vaşinqton arasında çox yaxşı və səmərəli əməkdaşlıqlar yaratmaq mümkündür”, – deyə o bildirib.
Ətraflı videomaterialda:
Nəsimi Ələsgərli
Samir Məcidov