“Ümid edirik ki, bu ilin noyabrında Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanacaq”.
Yenicag.az xəbər verir ki, Böyük Britaniyanın baş naziri Rişi Sunak Bakıda keçirilən XI Qlobal Forumun iştirakçılarına məktub göndərib.
Baş nazir məktubda Azərbaycan və Ermənistan arasında münaqişəyə son qoymaq üçün tarixi fürsətin yarandığını bildirib.
“Hazırda Ermənistanla münaqişəyə son qoymaq üçün tarixi fürsət var. Ümid edirik ki, bu ilin noyabrında sülh müqaviləsi imzalanacaq”, – məktubda deyilir.
Rişi Sunakın məktubunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old oxuyub.
Bundan əvvəl xəbər verdiyimiz kimi, forum zamanı Azərbaycan Prezidenti İlham Əliyev “Cənubi Qafqazda sülh heç vaxt bu qədər yaxın olmayıb” deyib.
Xuraman Etibarlı
www.yenicag.az