!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

UNICEF-in yeni rəhbəri məlum oldu

!Reklam – Yazi

BMT-nin Uşaq Fondunun (UNICEF) yeni rəhbəri müəyyənləşib.

Yenicag.az xəbər verir ki, UNICEF-in indiki rəhbər Entoni Leyki gələn ildən amerikalı Henrietta For əvəzləyəcək. Bu barədə təşkilatın yaydığı açıqlamada bildirilir.

For 2018-ci il, yanvarın 1-dən etibarən səlahiyyətlərinin icrasına başlayacaq.

Qeyd edək ki, Henrietta For ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyində (USAİD) və Dövlət Departamentində çalışıb, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi ilə əməkdaşlıq edib, “Holsman International” şirkətinin direktorlar şurasının sədri və baş direktoru olub.

www.yenicag.az

3144
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv