Universitetin qarşısında qanlı atışma-4 nəfər öldü

media-hightechnic-468x90

img1811923ABŞ-ın Santa-Barbara şəhərində yerləşən Kaliforniya universitetinin kampusu yaxınlığında baş verən atışma nəticəsində dörd nəfər yaralanıb. Yenicag.az  trend-ə istinadə  istinadən xəbər verir ki, polis şübhəli şəxsin saxlanıldığını bildirib.

Polisin məlumatına görə, hadisə yerli vaxtla 19:30-da Ayla-Vista rayonunda baş verib. Bu barədə “Los Angeles Times” qəzeti xəbər verir.

Polis güman edir ki, xəsarət alanlardan biri atışmada şübhəli bilinən şəxslərdən biri ola bilər.

Polis əməkdaşları tələbələr və universitet heyətindən öz yerlərində qalmağı xahiş edib və ərazini nəzarət altına alıb. Cinayət yeri baxışdan keçirildikdən sonra nəzarət götürülüb.

Qeyd edək ki, təxminən bir il əvvəl rayonda oxşar hadisə baş vermişdi. Mayın 24-ü Ayla-Vista rayonunda naməlum şəxs BMW markalı avtomobildən atəş açmışdı. Altı nəfər həlak olmuş, daha yeddi nəfər yaralanmışdı. Daha sonra şübhəli bilinən şəxs – Hollivud rejissoru Piter Rocerin 22 yaşlı oğlu Elliot Rocer avtomobilində güllələnmiş halda tapılmışdı.

trend.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600