!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Universitetlərdə smartfonlardan istifadəyə qadağa qoyuldu

!Reklam – Yazi

Hindistanın şimalında yerləşən Uttar-Pradeş ştatındakı kollec və universitetlərdə smartfonlardan istifadəyə qadağa qoyulub.

Yenicag.az xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti yazır.

“Bu məhdudiyyət tələbələr üçün daha uyğun tədris mühiti yaratmağa imkan verəcək” – qəzet Uttar-Pradeşin ali təhsil məsələləri üzrə idarəsinin bəyanatından sitat gətirib. Qadağa həm tələbələr, həm də ştatın bütün ali məktəb müəllimlərinə şamil olunur.

Xatırladaq ki, cari il iyunun 1-dən etibarən Uttar-Pradeş ştatının baş naziri Yoqi Adityanatx yerli hökumətin iclaslarında smartfonlardan istifadəni qadağan edib.

www.yenicag.az

2927
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv