Azərbaycan universitetlərində tələbələrdən koronavirus əleyhinə vaskinin 3-cü dozasını vurdurmaları tələb edilir.
Yenicag.az-ın əldə etdiyi məlumata görə, artıq bəzi univeristetlər bununla bağlı tələbələrə müraciət ediblər.
Bildirilir ki, vaksinin 2-ci dozasının vurulmasının üzərindən 150 gün keçdiyi təqdirdə tələbələr 3-cü doza peyvənd olunmalıdırlar. Bu tələb məcburi xarakter daşıyır.
Aidiyyatı qurumlar isə sözügedən məsələ ilə bağlı rəsmi məlumat yaymayıblar.
Qeyd edək ki, 2 dozanın vurulmasından sonra verilən “Peyvənd sertifikatı” müddətsizdir və 3-cü dozanın (“buster” doza) vurulması onun müddətinə təsir etmir.
www.yenicag.az