!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

 “Ünvanlı sosial yardımın ləğvi yaxşı heç nə vəd etmir” – Ekspert deputata qarşı

!Reklam – Yazi

sosial yardimMilllət vəkili Musa Quliyev parlamentdə çıxışı zamanı ünvanlı sosial yardım sistemindən imtina edilməsini təklif edib: “Ünvanlı sosial yardımla bağlı demək istəyirəm ki, bu sahəyə 220 milyon manat pul ayrılır, nazirlik bu istiqamətdə addımlar atır, amma pul yenə də dağıdılır. Bəlkə ÜSY sistemindən imtina edib daha konkret sistemə keçək ki, həm dövlətin pulu dağıdılmasın, həm də əhali əziyyət çəkməsin”.

Lakin o daha konkret sistemə keçid dedikdə, ÜSY-nin əvəzində konkret nəyi nəzərdə tutduğunu açıqlamayıb. Belə çıxır ki, deputat yerinə hər hansı bir əvəz təklif etmədən ÜSY-nin ləğvini istəyir.

Yenicag.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli ÜSY-dən indiki şəraitdə, ona hər hansı bir əvəz ortalığa gətirilmədən imtina edilməsinin doğru olmadığını bildirdi: “Burada ünvanlı sosial yardımın ləğvindən sonra əvəzində nə təklif olunacağı maraqlıdır. ÜSY-nin ləğvi əvəzində ortalıqda nəsə olmalıdır ki, imkansız ailələrə yardım edilsin, onlar bundan faydalana bilsin. Bu olmayacaqsa, əvəzində nəyin təklif ediləcəyi maraqlıdır. Ona görə də ÜSY-ni əvəz edəcək hər hansı bir mexanizm olmayacaqsa, bu sistemin qalması daha məqsədəuyğundur. Sadəcə onun verilmə qaydaları dəyişdirilməli, proses tam şəffaf və insanlar üçün daha əlçatan olmalıdır. Yoxsa, əvəzində heç nə təklif etmədən ÜSY-nin ləğvi yaxşı heç nə vəd etmir. Dünyada bu sistemin müxtəlif formalarından yararlanırlar. Sadəcə bu formaların özündən çox, onun həyata keçirilməsi metodologiyası vacibdir. Proses tamamilə şəffaf şəkildə olmalıdır ki, korrupsiya məsələlərinə yer qalmasın”.

ELÇİN

COP29

www.yenicag.az

1389
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv