!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ürəyinə stend qoyulan şəxs həkim otağının qabağında öldü - VİDEO

!Reklam – Yazi

6 nömrəli şəhər poliklinikasında bülleteninin vaxtını uzatmaq üçün gələn bir kişi dünyasını dəyişib.

Yenicag.az Xəzər TV-yə istinadən xəbər verir ki, verilən məlumata görə, Məmməd Məmmədov 3 gün əvvəl ürəyinə stend qoydurub. Elə kardioloqun otağının qarşısında da yerə yıxılaraq dünyasını dəyişib.

Mərhum Məmməd Məmmədovun müayinəyə olunmaq üçün gəldiyi kardioloq Rahilə İsmayılova isə bildirdi ki, xəstə 26 oktyabrda döş qəfəsindəki ağrıyla gəlib. Ona müayinədən sonra təcili yardım çağırılıb.

Xəstəxanaların birində ürəyinə 2 stend qoyulub. Bu gün də xəstəlik vərəqəsinin vaxtını uzatmaq üçün poliknikaya gəlib. Həkim bildirdi ki, xəstə həmin an keçinməyib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarında da məlumat verilib.

www.yenicag.az

264
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv