Uşaqların salfetin içində narkotik satdığını deyən şəxslə bağlı QƏRAR

media-hightechnic-468x90

Sosial şəbəkələrdə yol kənarında uşaqların satdığı salfetlərin arasında narkotik olması ilə bağlı yalan məlumatlar yayan Kamran Abumislimov cərimələnib.

Bu barədə Yenicag.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, Qaradağ Rayon Məhkəməsinin qərarı ilə K.Abumislimova cərimə cəzası tətbiq edilib və o, sərbəst buraxılıb.

Qeyd edək ki, sosial şəbəkə seqmentlərində yol kənarında uşaqların satdığı salfetlərin arasında narkotik olması ilə bağlı yalan məlumatlar yayan şəxs – Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü K.Abumislimov polis tərəfindən saxlanılıb.

Əməldə hüquq pozuntusunun tərkib əlamətləri olduğuna görə, habelə insanlar arasında çaşqınlıq yaradan yalan məlumatlar yayan K.Abumislimov barəsində toplanan materiallar baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600