Uşaqlarını qaçırıb meşədə gizlədən ata ÖLDÜRÜLDÜ – ŞOK TƏFƏRRÜATLAR – FOTO

media-hightechnic-468x90

Yeni Zelandiyada dörd ildir üç övladı ilə birlikdə meşədə gizlənən Tom Fillips adlı şəxs polis əməliyyatı zamanı öldürülüb. Hadisə zamanı bir polis əməkdaşı ağır yaralanıb.

Yenicag.az xəbər verir ki, Fillips 2021-ci ilin dekabrında övladları ilə birlikdə qeybə çəkilmişdi. Onlar illərdir polis axtarışından yayınaraq meşədə gizlənməyə nail olublar. Ailə bəzən yerli sakinlər tərəfindən görülsə də, təhlükəsizlik qüvvələri uzun müddət onların izinə düşə bilməyib.

Sentyabrın 8-də Piopio bölgəsində kənd təsərrüfatı malları mağazasında soyğunçuluq cəhdi qeydə alınıb. Hadisəyə qarışan Fillips və övladlarından biri kvadrosikl ilə qaçmağa çalışarkən polis tərəfindən saxlanılıb. Bu zaman baş verən silahlı qarşıdurmada bir polis əməkdaşı ağır yaralanıb, Tom Fillips isə atışma zamanı öldürülüb.

Atışma zamanı Fillipsin yanında olan övladı xəsarət almayıb. Digər iki uşaq isə az sonra meşədə salamat tapılıb. Rəsmilər uşaqların vəziyyətinin yaxşı olduğunu və dövlət himayəsinə götürüldüyünü açıqlayıblar.

Yeni Zelandiya polisi bəyan edib ki, Tom Fillips illərdir uşaqlarını təhlükəyə ataraq onların həyatını risk altında saxlayıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır və Fillipsə bu müddət ərzində yardım edən şəxslərin olub-olmadığı müəyyənləşdirilir.

media-buba-shvg

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa