!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Uşaqlığını müharibədə, gəncliyini isə rinqdə qurban verən Dünya çempionu

!Reklam – Yazi

Fariz Məmmədov – bu ad çoxlarına tanışdır. Onun idman sahəsində gördüyü işlər, uğurları danılmazıdır. Təbii ki, o, sadəcə bir idmançı deyil, həm də vətən uğrunda canını belə qoymağa hazır olan biridir.

Yeniçağ.az-ın məlumatına görə, 12 yaşı olanda böyük qardaşları ilə birgə müharibədə, ön cəbhədə vuruşub. O, gözünü belə qırpmadan Azərbaycanın şərəfini qorumaq üçün ön cəbhədə əlinə silah alan igidlərdəndir.

Fariz Məmmədovun Vətən üçün etdikləri göz qabağındadır. Ötən il boksçu kimi karyerasını başa vursa da Azərbaycan üçün çalışmağa davam edir. Belə ki, Yay Olimpiya Oyunlarında “Qəbələ” klubundan onun rəhbəri olduğu boks bölməsindən iki idmançı mükafat qazandı. Azərbaycanın medal ehtiyatını artırdı.
O, Yeniçağ.az-a açıqlamasında bildirib ki məqsəd bu medalların sayını daha da artırmaqdır. İndi islamiadada F. Məmmədovun rəhbərlik etdiyi bölmədən 4 boksçu iştirak edəcək. Keçmiş boksçunun özü hər bir idmançının medal şansını yüksək dəyərləndirir. Mütəxəssislər də həmin boksçulardan ən az üçünün medal götürəcəyindən çox əmindirlər.
Qəribədir ki, son vaxtlar bəziləri onun həbs həyatını daha da qabartmağa çalışırlar. Uşaq yaşında anasının əlini buraxıb, təhsilini yarım qoyan Fariz Məmmədovun Vətən üçün etdiklərini danmaq olmaz. Qəribədir ki, onun həbsdə yatmasını daha çox qabardırlar, nəinki Vətən üçün uşaqlığını, gəncliyini qurban verməsini…

O, Yeniçağ.az-a müsahibəsində öz keçmişindən danışaraq, gəncləri bu yoldan çəkindirmək üçün bu yolda olanlarla danışıqlar aparmasını belə vurğulayır. O hazırda gənc boksçuları sağlam, vətənpərvər ruhda böyütmək üçün çalışır. Özünün də dediyi kimi, məqsədi Azərbaycanda boksun inkişafını sübut etməkdir.

Niyə düşünmürük ki, biz onu bir dəfə itirdik, 7 il sonra yenidən qayıtdı. Amma Fariz Məmmədovun bu qayıdışı doğrudan da möhtəşəm oldu. İlk rəqibi erməni idmançıya şans belə vermədən öz gücünü sübut etdi. Azərbaycan bayrağına, ölkəsinə olan sevgisi həmişə onu uğurlara doğru aparıb. Onu Azərbaycana qaytaran xalqın sevgisi olub. Keçmiş boksçumuza olan hörmət, sevgi hələ də davam edir. Fariz Məmmədov peşəkar boksda Avropa və Dünya çempionudur. Dəfələrlə bu idman növündə ilklərə imza atıb. Azərbaycan bayrağını qürurla yüksəldən boksçumuzdan bundan sonra qələbələrə imza atacaq tələbələr gözləyirik.

Aygün
Yeniçağ.az

www.yenicag.az

832
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv