ÜST: Bu il ən 31 ölkədə vəba epidemiyası qeydə alındı

media-hightechnic-468x90

Bu il ən azı 31 ölkədə vəba epidemiyası qeydə alınıb və bu, dünyada təxminən bir milyard insanı xəstələnmək riski ilə üz-üzə qoyub.

Yenicag.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

O deyib: “Biz bu xəstəliyə çoxdan qalib gəlməli idik, amma, əslində o, artır”.

ÜST rəhbəri qeyd edib ki, 2022-ci ildə vəba ilə bağlı xəbərlərin sayının 2021-ci ilə nisbətən iki dəfə artıb və bu il daha da pis olacaq.

“Hazırda ən çox narahatlıq doğuran vəziyyət Burundi, Kamerun, Konqo Demokratik Respublikası, Efiopiya, Tanzaniya, Sudan, Suriya və Zimbabvedədir”, – deyə Qebreyesus əlavə edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600