Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

ÜST mütəxəssisləri xəstəxana və laboratoriyalara baş çəkdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirus pandemiyasına (COVID-19) qarşı Azərbaycan hökümətinə cavab və hazırlıq tədbirləri ilə bağlı dəstək göstərmək üçün gəlmiş missiyası öz işini başa vurub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Yenicag.az-a verilən məlumata görə, missiyanın yekunlarına dair keçirilən mətbuat konfransında koronavirusun yayılmasının qarşısını almaq və bütün pasiyentlərə qayğını optimallaşdırmaq üçün yoluxma hallarının erkən aşkarlanmasının prioritet olması tövsiyə edilib.

5 gün davam edən missiya zamanı ÜST-ün mütəxəssisləri şəhər və rayonlarda yerləşən xəstəxana və laboratoriyalara baş çəkib, koronavirusa yoluxmuş insanları aşkar və müalicə etmək üçün milli planı müzakirə edib. Nümayəndə heyəti, həmçinin hakimiyyət orqanları ilə birlikdə koronavirusa cavab tədbirlərinə dair strategiyanı daha da inkişaf etdirmək üzərində çalışıb.

www.yenicag.az

344
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100