Üstündə 500 nəfər olan körpü belə çökdü - 141 nəfər öldü / ANBAAN VİDEO

media-hightechnic-468x90

Hindistanın Qucarat əyalətində körpünün uçması nəticəsində ölənlərin sayı 140 nəfəri ötüb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində körpüdə olan 500 nəfərdən 141- i ölüb, 177 nəfər isə xilas edilib.

Körpünün çökməsi təhlükəsizlik kamerasına anbaan düşüb. Kadrlarda insanların uçan körpüdən yapışaraq, qışqırıb kömək istəməsi, bəzilərinin isə suya düşməsi əks olunub.

Qeyd edək ki, uzunluğu təxminən 230 metr olan körpü 19-cu əsrdə Britaniya koloniyası dövründə tikilib və 6 aylıq təmirdən sonra oktyabrın 26-da yenidən istifadəyə verilib. Körpünün hansı səbəbdən dağıldığı hələlik məlum olmasa da, hadisə ilə bağlı araşdırmalara başlanıldığı bildirilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600