Uyğur türklərinin Çin konsulluğu qarşısında ETİRAZ AKSİYASI: "Qohumlarımız haradadır?" - FOTO/VİDEO

media-hightechnic-468x90

Türkiyədə yaşayan Uyğur türkləri Çinin İstanbuldakı konsulluğunun qarşısına toplaşıb.

Yenicag.az xəbər verir ki, Çinin Sincan Muxtar Vilayətində uyğur türklərinə yönəlik assimlyasiya siyasətinə qarşı etirazlar davam edir.

Çinin İstanbulun Sarıyer səmtində yerləşən konsulluğunun önünə toplaşan uyğur türkləri öz qohumlarının taleyi ilə bağlı məlumat verilməsini və onlara qarşı təztyiqlərə son qoyulmasını tələb ediblər.

Uyğur türklərinin ən çox ehtiyatlandıqları durum isə qohumlarının həbs düşərgələrinə göndərilmə ehtimalıdır.

Konsulluq önünə toplaşan insanlar, “Qohumlarım haradadır?”, “Çin! ailəmi azad et!” və s. bu kimi şürlar səsləndiriblər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600