Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalının açılışı keçirilib
Azərbaycan Dövlət FilarmoniyasındaÜzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalının açılışı keçirilib. Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, xalq artisti Arif Məlikov, millət vəkili Fəttah Heydərov, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli və başqaları iştirak edib.
Beynəlxalq Musiqi Festivalının açılışıÜzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin müşayiəti iləÜ.Hacıbəylinin “Koroğlu” operasından uvertüra ilə açılıb.
Orkestrin bədii rəhbərivə baş dirijor Rauf Abdullayevdir. Tədbirdə A.Məlikovun “Fortepiano və orkestr üçün Konsert”,İ.Bramsın “Violin və orkestr üçün konsert” və s. əsərlər səslənib.