Vaksinləmə ilə bağlı son durum açıqlandı

media-hightechnic-468x90

Azərbaycanda son sutkada 2 587 nəfər vaksinasiya olunub.

Yenicag.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 1 350, ikinci doza vaksinlərin sayı 180 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 907-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 150 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 771 033, birinci doza peyvəndlərin ümumi sayı 5 356 495, ikinci doza vaksinlərin sayı 4 854 218 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 310 732, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 249 588 olub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa