!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Valettada plenar iclası keçirildi - Müsabiqə nəticələri elan edildi

!Reklam – Yazi

Ölkəmiz Avropa Şurası və onun struktur qurumları, o cümlədən həm üzv, həm də Avropadan kənar 50-dən çox dövlətlərə məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə dəstək göstərən və ədliyyə sisteminin inkişafına əhəmiyyətli töhfələr verən Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) ilə uzun illərdir sıx əməkdaşlıq edir.

Bunun nəticəsi olaraq ədalət mühakiməsi və ədliyyə sahəsindəki islahatlarımız beynəlxalq aləmdə təqdir olunur, o cümlədən ölkəmizdə hakimlərin seçimi şəffaflığına görə digər Avropa dövlətlərinə örnək kimi tövsiyə edilir, məhkəmə sisteminin inkişafı, müasirləşdirilməsi və yeni unikal infrastrukturunun yaradılması sahəsində Azərbaycan öncül dövlət kimi qiymətləndirilir, Avropa Şurasının “Ədliyyənin Kristal Tərəzisi” mükafatına layiq görülüb, ölkəmizin nümayəndəsi CEPEJ-in prezidentidir.

Bu günlərdə Maltanın paytaxtı Valetta şəhərində CEPEJ-in 20 illiyinə həsr olunmuş təntənəli Plenar iclası keçirilib.

Avropa Şurasına üzv dövlətlərin Ədliyyə Nazirliklərinin və Ali Məhkəmələrinin, həmçinin mötəbər beynəlxalq təşkilatların rəhbər şəxslərinin qatıldığı tədbirdə ölkəmiz geniş nümayəndə heyəti ilə təmsil olunub.

Nümayəndə heyətinə Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova, Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev, Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov, həmçinin vətəndaş cəmiyyətinin nümayəndəsi, tanınmış hüquq müdafiəçisi Səadət Bənənyarlı daxil edilib.

CEPEJ-in prezidenti, azərbaycanlı hakim Ramin Qaraqurbanlının sədrlik etdiyi Plenar iclasda Avropa məkanında məhkəmə sisteminin islahatı, bu sahədə yeni çağırışlar, ədalət mühakiməsinin həyata keçirilməsində elektron məhkəmə sisteminin və süni intellektin tətbiqi, hakimlərin seçimi və irəli çəkilməsində gender bərabərliyi, əlilliyi olan insanların ədalət mühakiməsinə çıxışı və digər aktual məsələlər müzakirə olunub, CEPEJ-in “Daha yaxşı ədalət naminə rəqəmsallaşma” 2022-2025-ci illər üçün Fəaliyyət Planının həyata keçirilməsinin konkret yolları barədə fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətimizin üzvləri tədbirdə çıxışlar edərək, CEPEJ-in 20 illiyi münasibətilə təbriklərini çatdıraraq CEPEJ ilə səmərəli əməkdaşlığı vurğulayıb, Azərbaycanda ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə məhkəmə sistemində aparılan islahatlar və yeniliklər, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi, Avropa Şurası ilə birgə “Azərbaycanda məhkəmə sisteminin səmərəliliyinin və keyfiyyətinin artırılması” layihəsinin real nəticələri barədə məlumat veriblər.

Plenar iclasda Avropa məhkəmə sistemlərinin fəaliyyətinə dair hesabatların təqdimatı keçirilib, digər mühüm sənədlər qəbul olunub, eyni zamanda Avropa Şurasının gənclər arasında ədliyyə islahatları üzrə müsabiqəsinin nəticələri elan edilib.

www.yenicag.az

336
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv