Van Persie İstanbula gəlir
“Qafqazinfo”nun məlumatına görə, bu barədə “Fənərbaxça” futbol klubunun rəsmi saytı məlumat yayıb.
“Manchester United”in hücumçusunun axşam saatlarında Türkiyədə olacağı bildirilib.
Yeni mövsüm əvvəli heyətini gücləndirmə işlərini davam etdirən “Fənərbaxça” rəhbərliyi “Manchester United” rəsmiləri ilə sonuncu dəfə danışıqlar aparacaq.
Razılaşma reallaşarsa, ulduz futbolçu “Fənərbaxça” ilə 4 illik müqavilə bağlayacaq.