!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vasif Talıbov üçün özəl gün

!Reklam – Yazi

Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun doğum günüdür.

Yenicag.az xəbər verir ki, onun 58 yaşı tamam olur.

Qısa arayış olaraq bildirək ki, Vasif Yusif oğlu Talıbov, 1960-cı il yanvar 14-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Aşağı Aralıq kəndində anadan olub.

1976-cı ildə orta məktəbi Şərur rayonunun Siyaqut kəndində bitirən Vasif Talıbov Naxçıvan Pedaqoji İnstitutunun tarix-filologiya fakultəsinə daxil olub. 1981-ci ildə həmin institutdan məzun olub. 1994-98-ci illər arasında Vasif Talıbov Baki Dövlət Universitetinin hüquq fakultəsində qiyabi təhsil alıb. 1976-cı ildən Şərur rayon xalq təhsil şöbəsində, daha sonra isə Naxçıvan trikotaj fabrikində kadrlar üzrə müfəttiş işləyib.

1991-94-cü illər arasında Naxçıvan Muxtar Respublikası Ali Məclis sədrinin köməkçisi olub. 1994-95-ci illərdə Naxçıvan MR baş nazirinin xarici əlaqələr üzrə müavini işləyib.

1995-ci ildən isə Naxçıvan MR Ali Məclisinin sədridir.

Qeyd edək ki, Vasif Talıbov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 yanvar 2010-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında qanunvericiliyin təkmilləşdirilməsi və sosial-iqtisadi inkişafın təmin olunmasında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

www.yenicag.az

3553
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv