Yaşadıqları ilə barışan XALQ ARTİSTİ: “Bu, mənim alın yazımdır”

media-hightechnic-468x90

“Həyatımda reallaşan və reallaşmayan nə varsa, alın yazım kimi qəbul edirəm”.

Bunu Yenicag.az-a açılamasında tanınmış aktyor, Xalq artisti Yasin Qarayev doğum günü ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

Aktyor dünyasını dəyişən atasının ölüm günü tarixinin doğum günü tarixi kimi qeyd edildiyini bildirib:

“Mən lap gəncliyindən ildə iki dəfə ad günü qeyd edirəm. Şəxsiyyət vəsiqəmdə mayın 22-ni doğum günüm kimi qeyd olunub. Əslində isə bu gün atamın dünyasını dəyişdiyi gündür. Mən iyulun 22-də, yəni atamın vəfatından iki ay sonra dünyaya gəlmişəm. O vaxtlar kəndimizdə doğum şəhadətnaməni atamın bibisi Nabat bibi yazırmış. O da atamın ölüm günü tarixini mənə doğum günü kimi yazıb. Yaşın artması məni elə də kədərləndirmir. Bu yaxınlarda sənətini çox bəyəndiyim yəhudi əsilli aktrisa Alisa Frendilixin “Qocalığın tez gəlməsi kədərli hadisə deyil, kədərli hadisə cavanlığın tez getməsidir” fikri ilə qarşılaşdım, çox xoşum gəldi”.

Aktyor “Arzuladığınız, amma oynamadığınız rol varmı” sualını da cavablandırıb:

“Arzusunda olduğum rol indi yox, gənclikdə olub. Mən alın yazısına çox inanan insanam. Həyatımda reallaşan və reallaşmayan nə varsa, alın yazım kimi qəbul edirəm. Buna görə də reallıqla barışmağa çalışıram”.

Cəvahir

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600