Vaşinqtonda qarışıqlıqlara görə 90-dan çox adam saxlanılıb

media-hightechnic-468x90

ABŞ-ın paytaxtı Vaşinqtondakı qarışıqlıqlarda iştirak etdiyi üçün 90-dan çox adam saxlanılıb.

Yeniçağ.Az “Report”a istinadən xəbər verir ki, bunlar ABŞ prezidenti Donald Trampa etiraz edənlərdir.

Şəhər mərkəzindəki qarışıqlıqlar nəticəsində iki polis əməkdaşı xəsarət alıb. Etirazçılar asayiş keşikçilərinə butılka və zibil atıblar. Polis onlara gözyaşardıcı qazla və səsli qumbaralarla cavab verib.

Toqquşmalar inauqurasiya paradının keçdiyi On ikinci küçədə və L-strit ərazisində baş verib.

Qeyd edək ki, Vaşinqtonda ABŞ-ın 45-ci prezidenti Donald Trampın inaqurasiyası keçirilib.

Yeniçağ.Az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600