Venesuela ABŞ məhkəmələrindən Maduronun toxunulmazlığının tanınmasını tələb etdi

media-hightechnic-468x90

Venesuelanın baş prokuroru Tarek Vilyam Saab ABŞ hakimlərindən Bolivar Respublikasının ələ keçirilmiş prezidenti Nikolas Maduronun toxunulmazlığının tanınmasını və onun barəsində məhkəmə təqibinin yolverilməz sayılmasını tələb edib.

Yenicag.az xəbər verir ki, Saab bu barədə “Venezolana de Televisión” telekanalının efirində çıxışı zamanı bildirib.

O, həmçinin Nikolas Maduronun, onun həyat yoldaşı Siliya Floresin və Venesuela xalqının hüquqlarının pozulmasına son qoyulmasını tələb edib.

Baş prokuror beynəlxalq ictimaiyyətə müraciət edərək ABŞ-ın qanunsuz addımlarını pisləməklə kifayətlənməməyi, Maduronun və onun həyat yoldaşının dərhal azad olunması üçün konkret tədbirlər görülməsini istəyib./Apa/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa