Venesuela silkələndi

Venesuelanın Sukre ştatında 4,7 bal gücündə zəlzələ baş verib.

Yenicag.az xəbər verir ki, yeraltı təkanın episentri Makuro yaşayış məntəqəsindən 12 kilometr cənub-şərqdə, ocağı isə 37 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.