Vensdən Rusiya-Ukrayna danışıqları ilə bağlı AÇIQLAMA
ABŞ administrasiyası diplomatik səyləri davam etdirir ki, danışıqları elə bir nöqtəyə gətirsin ki, həm Rusiya, həm də Ukrayna öz məqsədlərini kifayət qədər həyata keçirilmiş hesab etsin və münaqişəni başa çatdırsın.
Yenicag.az xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens “Fox News” telekanalına verdiyi müsahibədə bildirib.
“Bizim heç bir illüziyamız yoxdur ki, bu adamlar çölün ortasında görüşəcək, qucaqlaşacaq və “Kumbaya” mahnısını oxuyacaqlar. Məhz buna görə biz hazırda bu diplomatik işlə məşğuluq. Biz optimist yanaşırıq ki, elə bir məqam gələ bilər ki, həm ruslar, həm də ukraynalılar kifayət qədər nailiyyət əldə etdiklərini hiss edib qan tökülməsini dayandırmağa hazır olsunlar. Məhz belə bir vəzifəni bizim üzərimizə ABŞ Prezidenti qoyub”, – deyə Vens vurğulayıb.













