Vergi ödəyicilərinin əmlakları hərraca çıxarılır

media-hightechnic-468x90

Dekabrın 26-da vergi ödəyicilərinin siyahıya alınmış əmlaklarının hərrac yolu ilə satışı keçiriləcək.

Yenicag.az Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına istinadən xəbər verir ki, hərraca çıxarılacaq əmlaklar arasında torpaq sahələri, qeyri-yaşayış binaları və əmlak kompleksləri yer alır:

– Beyləqan rayonu, Qəhrəmanlı kəndi: 8.641 ha torpaq sahəsi – 51 846 manat;

– Şirvan şəhəri: 45.5 kv.m qeyri-yaşayış sahəsi – 30 000 manat;

– Sabirabad rayonu, Məmişlər kəndi: 0.3386 ha torpaq sahəsi – 2500 manat;

– Sabirabad rayonu, Nəsimi kəndi: 0.12 ha torpaq sahəsi – 5000 manat;

– İmişli rayonu, Bəhramtəpə qəsəbəsi: “MSDIS Holding” MMC-yə məxsus 1.1583 ha torpaq sahəsi və 612 kv.m qeyri-yaşayış sahəsi – 58 000 manat;

– Gəncə şəhəri, “Dostluq” istehsal-kommersiya firması: 114.3 kv.m əmlak kompleksi – 80 000 manat;

– Sabirabad rayonu, Qaratəpə kəndi: 136 kv.m qeyri-yaşayış binası – 23 500 manat;

– Salyan rayonu, Qarabağlı kəndi: 1.54 ha torpaq sahəsi – 4 000 manat;

– Gəncə şəhəri, “Tek Yapı” MMC: əmlak kompleksi – 850 000 manat;

– Hacıqabul rayonu, Meyniman kəndi: 4.7825 ha torpaq sahəsi – 10 000 manat;

– Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi: 0.1 ha torpaq sahəsi – 25 000 manat;

– Sabirabad rayonu, Qaragüney kəndi: 2.35 ha torpaq sahəsi – 5 420 manat.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa